Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

Siyasət

22 Yanvar 2026 20:16 801


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, liderlər Türkiyə və İran arasındakı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan telefon söhbəti zamanı İranda baş verən hadisələri yaxından izlədiyini, Türkiyənin İranın əmin-amanlıq və sabitliyinə böyük önəm verdiyini bildirib. O, Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını xüsusi qeyd edib. Marqarita pizza

Prezident Ərdoğan problemlərin həll edilməsinin və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də maraqlarına uyğun olduğunu vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!