Türkiyə yığmasının məşqçisi matç zamanı huşunu itirdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə yığmasının məşqçisi matç zamanı huşunu itirdi

Dünya

31 Mart 2026 23:02 459


Türkiyənin gənclərdən ibarət futbol yığmasının baş məşqçisi Egemen Korkmaz Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunda huşunu itirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oyunun 35-ci dəqiqəsində Korkmaz yerə yıxılaraq başını zədələyib. Ona dərhal tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıb. Sezar pizza

"Korkmaz meydanın kənarında tibbi briqada tərəfindən ilkin yardım alıb. Hazırda huşu yerindədir və müayinədən keçməsi üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb", - deyə məlumatda bildirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!