Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub.
Yenisabah.az xəbər verir ki, hadisə Turqutlu rayonunda baş verib.
Qəza zamanı azı 1 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağır qiymətləndirilir. Dördpendirli pizza
Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Faktla əlaqədar araşdırma aparılır.
Telegram kanalımız