Türkiyədə azərbaycanlı qadını öldürən sevgilisinə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə azərbaycanlı qadını öldürən sevgilisinə hökm oxundu

Kriminal

16 May 2025 18:55 397


Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

Yerli mətbuatın məlumatına görə, hadisə 2024-cü ilin noyabrında Türkiyənin Sakarya şəhərinin Adapazarı qəsəbəsində küçədə baş verib. A.A. adlı şəxs, sevgilisi olan, marketdə çalışan və bir övlad anası olan 32 yaşlı Şəlalə Mirzəlini odlu silahla atəş açaraq qətlə yetirib.

Sakarya Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror A.A.-nın "qəsdən adam öldürmə" və "qanunsuz silahdan istifadə" maddələri üzrə ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. Hadisə qurbanının bacısı Ş.S. da məhkəmədə çıxış edib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs isə törətdiyi əmələ görə peşman olduğunu bildirib. pizza

Məhkəmənin qərarı ilə A.A. ömürlük həbs cəzasına məhkum olunub.\\Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!