Türkiyədə Ermənistanın təxribatına qarşı etiraz yürüşü keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə Ermənistanın təxribatına qarşı etiraz yürüşü keçirildi - Fotolar

Rəsmi

19 İyul 2020 14:35 1192


Türkiyənin Eskişehir şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, aksiyada vətəndaş cəmiyyətinin, Azərbaycan diasporunun, türkdilli dövlətlərdən olan tələbələrin 100-dən çox təmsilçisi iştirak edib. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, Tovuz rayonunda erməni silahlı qüvvələrinin törətdiyi təxribat zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin şəkillərini, "Azərbaycanda erməni işğalına son!", "Qarabağ Azərbaycanındır!", "Səninləyik, Azərbaycan!" şüarları yazılmış plakatları tutan aksiya iştirakçılarının Eskişəhirin mərkəzindən başlayan yürüşü Ulus meydanında başa çatıb.

Tədbir zamanı çıxış edən "Eskişehir Azərbaycanlıları Dərnəyi"nin sədri Cavid Aydın bildirib ki, qardaş Azərbaycanın dövlət sərhədlərində Ermənistanın hərbi təxribatlar törətməsini şiddətlə qınayırlar. Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın əzəli torpaqları və ayrılmaz tərkib hissəsi olduğunu xatırladan natiq BMT, ATƏT və digər beynəlxalq qurumları Ermənistanın işğalçılıq siyasətinə göz yummaqda, Dağlıq Qarabağdan və ətraf rayonlardan işğalçı qüvvələrin çıxarılmasına dair 4 qətnamənin yerinə yetirilməməsində ittiham edib. pizza mizza

Aksiya iştirakçıları dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına son verilməsini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!