Türkiyədə İran PUA-sının qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə İran PUA-sının qalıqları tapıldı

Dünya

12 Fevral 2026 00:52 513


Türkiyənin Ordu vilayətinin Ünye bölgəsində ötən gün səhər saatlarında dəniz kənarında naməlum cisim aşkar edilib.

"Yeni Sabah" xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalar nəticəsində həmin cismin İran istehsalı olan kamikadze pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyənləşib.

Qeyd olunub ki, vətəndaşlar dəniz kənarında şübhəli cisim görərək dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Xəbərdarlıqdan sonra əraziyə polis, jandarm və sahil mühafizə qrupları gəlib. pizza hut

Detallı araşdırma üçün bölgəyə ekspertlər cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!