Türkiyədə karantin yataqxanaları boşaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə karantin yataqxanaları boşaldıldı

Rəsmi

24 May 2020 21:10 895


Türkiyədə koronavirusa görə vətəndaşların saxlandığı yataqxanalar tamamilə boşaldılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib.

Qeyd edilib ki, bu günə qədər Türkiyənin 76 şəhərindəki yataqxanalarda ümumilikdə 77 min 441 nəfər karantinə alınıb. Dominos pizza

Xatırladaq ki, Türkiyənin Səhiyyə Nazirliyinin koronavirus üzrə elmi şurası tərəfindən alınan qərara əsasən, artıq xaricdən bu ölkəyə gələn vətəndaşlar COVID-19-la bağlı yataqxanalarda karantinə alınmayacaqlar. Onlar hava limanlarında müayinə ediləcək və karantin müddətini evlərində keçirəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!