Türkiyədə kritik görüş: Kılıçdaroğlu Oğanı yola gətirə biləcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə kritik görüş: Kılıçdaroğlu Oğanı yola gətirə biləcəkmi?

Siyasət

19 May 2023 10:03 1166


Bu gün Türkiyənin siyasi həyatında mühüm hadisənin baş verəcəyi gözlənilir. Tərəflər razılığa gəlsə, ölkə müxalifətinin daha böyük koalisiyası elan oluna bilər. 

Yenisabah.az xəbər verir ki, bu gün “Millət” İttifaqının prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlu müxalif həmkarı, “ATA” İttifaqının namizədi Sinan Oğanla görüşəcək. Bu görüşdən sonra S.Oğan ikinci turda kimi dəstəkləyəcəyini açıqlayacaq. 

Türkiyə KİV-inin yazdığına görə, Kılıçdaroğlu-Oğan görüşündən əvvəl CHP sədri “ATA” İttifaqının əsas fiqurlarından olan Zəfər Partiyasının sədri Ümid Özdağla bir araya gələcək. Görüşün Bakı vaxtı ilə 14:30 da baş tutacağı bildirilir.   pizza hut

K.Kılıçdaroğlunun Sinan Oğanı yola gətirmək üçün Ümid Özdağla müzakirələr aparacağı qeyd olunur.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!