Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sosial media fenomeni Kerimcan Durmaza həbs cəzası verildi

Dünya

02 Fevral 2026 21:12 569


Qeyri-qanuni mərc saytlarını reklam edərək insanları buna təşviq etdiyi iddiası ilə mühakimə olunan sosial media fenomeni Kerimcan Durmaz haqqında qərar verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TGRT Haber" məlumat yayıb.

İstanbul məhkəməsi Durmazı bir il səkkiz ay müddətinə həbs cəzasına məhkum edib. Məhkəmə heyəti Durmazı "insanları reklam yolu ilə idman yarışlarına əsaslanan mərc və şans oyunlarını oynamağa təşviq etmək" cinayətindən təqsirli bilib. Toyuqlu pizza

Həmçinin Durmaz barəsində tətbiq edilən ölkədən çıxış qadağası şəklindəki məhkəmə nəzarət tədbirinin davam etdirilməsinə qərar verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!