Türkiyədə tanınmış aktyor siyasətə atıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə tanınmış aktyor siyasətə atıldı

Mədəniyyət

05 Aprel 2023 10:03 1866


Türkiyənin məşhur aktyorlarından biri olan Cezmi Baskın aktiv siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib. O, Türkiyə Fəhlə Partiyasının (TİP) sıralarına qoşulub. 

Yenisabah.az xəbər verir ki, bu barədə TİP-in İstanbul vilayət təşkilatının sözçüsü Melis Akyürek tviter səhifəsində məlumat verib. 

"Ölkəmizin qiymətli sənətçilərindən teatr əməkçisi, aktyor və rejissor Cezmi Baskın aramıza qatılaraq mübarizəmizə güc verdi. Bərabər və ədalətli sabahları hamımız birlikdə quracağıq. Xoş gəldiniz!", - deyə o yazıb.  pizza

Qeyd olunub ki, C.Baskın siyasi fəaliyyətə yeni qoşulsa da, ictimai işlərdə, xüsusən teatr sahəsində çalışanların hüquqlarının müdafiəsində və bu istiqamətdə tədbirlərin təşkilində əvvəldən aktivliyi ilə seçilib. 

Xatırladaq ki, aktyor Azərbaycanda daha çox "Akasya Durağı" serialındakı "Osman ağa" obrazı ilə tanınır./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!