Türkiyədə zəlzələdən 278 saat sonra dağıntılar altından bir nəfər xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələdən 278 saat sonra dağıntılar altından bir nəfər xilas edildi

Hadisə

17 Fevral 2023 20:47 797


Türkiyəli xilasedicilər Hatay vilayətində 278 saat beton qalıqları altında qalan 45 yaşlı kişini çıxara biliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Dağıdıcı zəlzələlərdən 12 gün sonra da Hatayda axtarış-xilasetmə işləri davam edir. Bu vilayət zəlzələdən ən çox əziyyət çəkən bölgələrdən biri olub. Dominos pizza

45 yaşlı Hakan Yasinoğlu xilasedicilər tərəfindən bir neçə saat əvvəl Defne mahalında yaşadığı və tərk edə bilmədiyi evin dağıntıları altında aşkarlanıb. O, qənaətbəxş vəziyyətdə xəstəxanaya çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!