Türkiyə iranlı general Qasım Süleymaninin İraqda ABŞ tərəfindən öldürülməsinə reaksiya göstərib.
"Yeni Sabah" Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu hadisədən sonra ABŞ-la İran arasında yaranan gərginlikdən dərin narahatlıq keçirdiklərini bildirib.
“İraqın münaqişə zonasına çevrilməsi həm bu ölkəyə, həm də bölgəmizdəki sülh və sabitliyə zərər verəcək. General Qasım Süleymaninin öldürülməsinin bölgədə etibarsızlığı və qeyri-sabitliyi artıracağı və bu vəziyyətdən bütün tərəflərin zərər görəcəyi aydındır. Türkiyə bölgədə xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi qarşıdurmalara hər zaman qarşı olub. Bu səbəbdən bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə, bölgədəki sabitliyi risk altında qoyacaq tək tərəfli addımlardan çəkinməyə və dipolatiyaya üstünlük verməyə dəvət edirik”. pizza sifarişi
Telegram kanalımız