Türkiyəli jurnalist İrəvandan reportajı hazırladı,   ermənilər arasında çaxnaşma düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli jurnalist İrəvandan reportajı hazırladı, ermənilər arasında çaxnaşma düşdü - Video

Rəsmi

12 Noyabr 2021 22:10 4719


Bu günlərdə Türkiyənin “Anadolu” agentliyi Ermənistanın paytaxtı İrəvandan reportaj hazırlayıb. Türkiyəli jurnalistlər İrəvanın tam mərkəzində ermənilərin müharibədən sonrakı əhval-ruhiyyəsini öyrənərək çəkiliş aparıblar.

Hesabatda qeyd olunub ki, Ermənistan vətəndaşları özlərini bərbad hiss edirlər.

Reportajın Azərbaycan İctimai Televiziyasında göstərilməsi erməniləri daha da qəzəbləndirib. Toyuqlu pizza

Bu kadrlar və ümumiyyətlə, türk jurnalistlərin İrəvanda olması faktının özü erməni cəmiyyətində çaxnaşma yaradıb.

“Lraber” informasiya-analitik agentliyi Ermənistan Xarici İşlər Nazirliyindən “düşmən dövlətin jurnalistlərinin ölkəyə necə düşdüyünü” öyrənməyə çalışıb. Lakin onların sualları cavabsız qalıb.

/Virtualaz.org
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!