Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Siyasət

18 Avqust 2024 15:08 676


“Meşə yanğınlarına qarşı mübarizədə bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm”.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib.

“Onlar da (Azərbaycan xalqı – Qeyd) yanğına qarşı mübarizə aparan təyyarə ilə bizim yanımızda olduqlarını nümayiş etdirdilər. “İki dövlət, bir millət”in necə olduğunu bu dəfə də dünyaya göstərdik”, - deyə o bildirib. Sezar pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!