Türkiyəli şərhçilər Qurban Qurbanovu əfsanəvi baş məşqçi ilə müqayisə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli şərhçilər Qurban Qurbanovu əfsanəvi baş məşqçi ilə müqayisə etdilər

İdman

03 Oktyabr 2025 19:36 384


Türkiyənin məşhur "Sokrates Dərgi" "YouTube" kanalında "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı uğurlarından danışılıb.

Yenisabah.az xəbər verir ki, Türkiyənin tanınmış idman şərhçiləri Emre Özcan və Erman Yaşar "Qarabağ"ın tarixi və Qurban Qurbanovun klubda gördüyü önəmli işlər barədə müzakirə aparıblar.

Şərhçi Erman Yaşar Qurban Qurbanovu futbol tarixinin ən önəmli şəxslərindən olan "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsonla müqayisə edib. Dördpendirli pizza

O qeyd edib ki, Qurban Qurbanov da 17 il əvvəl Aleks Fergüson kimi o qədər də güclü performans göstərməyən komandaya baş məşqçi təyin olunub və zaman keçdikcə çox az büdcə ilə klubu UEFA Çempionlar Liqasında ilk altılığa girəcək vəziyyətə gətirib çıxarıb.

Emre Özcan isə komandanın oyunçularının fərdi performansından çox sistemin mükəmməl işlədiyini deyib. Onun sözlərinə görə, "Qarabağ" çoxlu hücum edərək topa sahib olmağı sevən bir komandadır. Bu sayədə də özlərindən iki, üç dəfə daha artıq dəyəri olan komandalara qarşı mükəmməl oyun sərgiləyirlər.

Şərhçilər, həmçinin "Qarabağ" pley-off şansları barədə danışıblar. Qeyd ediblər ki, "Qarabağ"ın pley-off üçün 12 xal toplaması kifayət edir ki, bu xalları da "Ayaks" və "Ayntraxt Frankfurt"la öz meydanında keçirəcəyi oyunlarda qazana bilər. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!