Bu gün qardaş Türkiyənin Azərbaycandakı səfirliyi çağırış edib. Çağırışda Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşları səsvermədə iştiraka dəvət edilib.
Yenisabah.az xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarından paylaşım edilib.
Paylaşımlarda Prezident seçkilərinin ikinci turu üçün səsvermənin səfirlikdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcəyi elan olunub. pizza
Səfirlik Azərbaycanda yaşayan və seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarına çağırış edib:
"Bu məqamda qeyd edək ki, Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarının sayı 11 min 43 nəfər olsa da, 14 may seçkilərində onlardan cəmi 6 min 650 nəfəri, yəni təxmənin yarısı öz səsvermə hüququndan istifadə edib. Bu isə Türkiyədəki seçici fəallığına heç bir halda adekvat deyil. Türkiyədə seçicilərin 88 faizdən çoxu oz səsvermə hüququndan istifadə etdiyi halda, Azərbaycanda səsvermə hüququ olan Türkiyə vətəndaşlarının hardasa 60 faizinin iştirakı heç ürəkaçıcı deyil. O vətəndaşlardan bəlli bir qisminin də Azərbaycan əsilli Türkiyə vətəndaşları olduğunu nəzərə alanda isə ümumiyyətlə seçici fəallığı ürəkaçan sayıla bilməz.
Amma düşünürük ki, hələ gec deyil. Və əminik ki, Azərbaycanda səsvermə hüququ olan Türkiyə vətəndaşları mayın 28-də keçiriləcək ikinci turda səsvermə məntəqələrində yüksək fəallıq nümayiş etdirəcəklər.
Unutmayaq ki, Türkiyənin, o cümlədən türk dünyasının gələcəyi verilən hər bir səsdən aslıdır. Həm də bu gün qalib Azərbaycanda qürurla gəzən Türkiyə vətəndaşları mayın 28-də səsvermənin ikinci turunda iştirak etməklə bu qalibiyyət qürurunu bizə yaşadanlara bir vəfa borcunu də ödəmiş olarlar.
Unutmaq olmaz ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticələrinin regionun, o cümlədən türk dünyasının iqtisadi inkişafına yönəlməsi, türk dünyasının şahlanışının qətiyyətlə davam etməsi, İslam dünyasının silkələnərək yenidən özünə gəlməsinin müsbət nəticə verməsi və digər bu kimi strateji, həyati məqamlar üçün bu seçkilərdə arzuladığımız, əl açıb dua etdiyimiz nəticə əldə olunmalıdır. Bu nəticənin əldə olunması isə hər bir seçicidən, o cümlədən Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vətəndaşlarının hər birindən aslıdır".
Telegram kanalımız