Türkiyənin media nümayəndələrinin SKSP-yə səfəri təşkil edilib

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin media nümayəndələrinin SKSP-yə səfəri təşkil edilib

İqtisadiyyat

18 İyun 2025 13:56 420


Azərbaycanda səfərdə olan Türkiyənin bir sıra media qurumlarının nümayəndələrinə ölkəmizdəki sənaye zonaları, burada investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatının təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyənin bir sıra media qurumlarının nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar. Onlara ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sənaye zonaları, burada investorlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib.

Media mənsubları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, o cümlədən, “Kartaş Kimya” və “Sika” MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Türkiyəli media təmsilçilərinin sənaye zonaları ilə bağlı sualları cavablandırılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!