Nigeriya sahillərində Türkiyəyə məxsus yük gəmisi dəniz quldurları tərəfindən oğurlanıb.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə zamanı gəmidə 10 nəfər olub. Onların hamısı Türkiyə vətəndaşıdır.
Oğurlanan gəmi Türkiyənin "Kadıoğlu Denizcilik" şirkətinə məxsusdur.
Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb.
Telegram kanalımız