Tutanhamonun 6 milyona satılan büstünə görə “İnterpol”a müraciət edildi

saytların hazırlanması

Evə çatdırılma

Tutanhamonun 6 milyona satılan büstünə görə “İnterpol”a müraciət edildi

Dünya

10 İyul 2019 14:05 1075


Misir Tutanhamonun büstünün tapılması üçün hərəkətə keçib.

“Yeni Sabah” xarici mətbauta istinadən xəbər verir ki, Böyük Britaniyadakı hərraclardan birində satılan büstün tapılması üçün "İnterpol" müraciət edilib.

28,5 santimetr ölçüsündəki büst 3 iyulda, Londonda baş tutan hərracda 5 milyon 970 min dollara satılıb. Büstü alan şəxs naməlum olaraq qalır. Misir hökuməti isə bildirir ki, bəhs edilən tarixi əsər 1970-ci ildə oğurlanıb və bu səbəbdən də Misirə geri qaytarılmalıdır.

Xatırladaq ki, “Uşaq  kral” ləqəbli Tutanhamon eradan əvvəl 1332-ci ildə, 9 yaşında  ikən taxta çıxıb. O, hakimiyyətə gəldikdən 10 il sonra vəfat edib.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!