Üç aylıq hamilə arvadını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Üç aylıq hamilə arvadını bıçaqladı

Kriminal

12 Avqust 2019 07:28 878


Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 17 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Marqarita pizza

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 3 övladı var.

Faktla bağlı araşdırma aparılır (Report).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!