Ucarda avtobus piyadanı vurub öldürdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Ucarda avtobus piyadanı vurub öldürdü - Video

Hadisə

22 Fevral 2020 00:41 714


Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Yeni Sabah" xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb. "İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. /Report https://www.youtube.com/watch?v=ruFsAKovjho&feature=emb_logo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!