Ucarda yanğın 11 kəndi qazsız qoydu

saytların hazırlanması

Evə çatdırılma

Ucarda yanğın 11 kəndi qazsız qoydu

Sosial

18 Fevral 2026 22:35 449


Ucarda baş verən yanğın qazın təchizatında fasilə yaradıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, yanğın səbəbindən 11 kənddə qaz təchizatında fasilə yaranıb.

Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən xəttin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib. pizza sifarişi

Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb. Nəticədə 3049 abonentin qaz təminatında fasilə yaranıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!