Ucqar kənddə çalışan müəllim distant təhsili fərqli üsulla əvəz etdi 

saytların hazırlanması

Evə çatdırılma

Ucqar kənddə çalışan müəllim distant təhsili fərqli üsulla əvəz etdi 

Rəsmi

27 Sentyabr 2020 07:29 1263


Astaranın Qapıçıməhəllə kəndində çalışan tarix müəllimi Həbib Əlizadə distant təhsilin internet, kompüter-planşet çatışmazlığı səbəbindən mümkün olmadığını görüb, fərqli üsula əl atıb. 

H.Əlizadə bu barədə sosial media hesabında məlumat verib:

“Qapıçıməhəllə kəndində kirayə qaldığım evin bir otağını dərs otağı etdim. Artıq bu həftədən etibarən bütün dərs dediyim siniflərə karantin qaydalarına riayət edərək evdə tarix dərslərinin tədrisinə başladım. Yəni distant şəkildə keçməli olduğum dərslərin müddətini azca da artıraraq evdə keçirəm. Bu dərslərə görə ödəniş alınmır. Onlara izah edirəm ki, bu dərsləri onsuz da keçməli idim. Pepperoni pizza

Beləliklə, şagirdlərimiz üçün bərabər təhsilalmanı təmin etməyə cəhd edirik”. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!