Üçüncü kurs tələbəsi faciəvi şəkildə vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Üçüncü kurs tələbəsi faciəvi şəkildə vəfat etdi - FOTO

Hadisə

02 Fevral 2026 12:45 566


Azərbaycanda tələbə vəfat edib. 

“Yeni Sabah” xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva yol qəzasında dünyasını dəyişib. 

Onun ölmünə səbəb olan hadisə Bakı-Quba yolun Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verib. Burada iki avtomobil toqquşub. pizza mizza

Qəza zamanı S.Mirzəyeva ilə yanaşı qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev də vəfat edib. 

Səma Mirzəyeva BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursunda təhsil alırdı. 

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!