Üçüncü zolaqdan birinciyə keçmək istədi, dirəyə çırpıldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Üçüncü zolaqdan birinciyə keçmək istədi, dirəyə çırpıldı - VİDEO

Hadisə

12 Noyabr 2025 13:30 344


Müşahidə kameraları vasitəsilə qeydə alınan qəzaların təhlilləri göstərir ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Lakin dönmə işığının yandırılması xəbərdarlıq üçündür və bu, sürücüyə yol hərəkəti qaydalarına zidd şəkildə hərəkət etmək imkanı vermir.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, hərəkətin təhlükəsizliyinə əmin olmadan manevr etməyə cəhd göstərmək qəzaya səbəb ola bilər. pizza hut

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan bu qəzadan da ehtimal olur ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi baş verir.

“Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsi tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir. Həmçinin vurğulanır ki, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qanunda o da qeyd olunur ki, siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir”, - qurumdan qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!