Türkiyənin Bursa şəhərində maraqlı hadisə yaşanıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 400 qram çörəyi 1 lirəyə satan Kazım Balaban adlı çörəkçi məhkəməyə verilib. Digər çörəkçilər onun ədalətsiz rəqabət şəraiti yaratdığını iddia ediblər.
Məhkəmədə məğlub olan K.Balaban qiyməti 1,25 lirəyə qaldırmalı olub. O, mağazasının önünə yapışdırdığı yazıda çörəyin qiymətini qaldırdığını və buna görə çox məyus olduğunu qeyd edib.
Elnarə İlham
Telegram kanalımız