“Belə anlarda təzyiq qalxır, etirazlar olur. Rəqibin qapıçısının vaxt aparması da normaldır. Həmin vəziyyətdə olsam, mən də bunu edərdim. Çünki qazanmaq üçün meydanda şəxsi mənafeyi yox, komandanın mənafeyini düşünmək lazımdır. Yəni, udmaq üçün əlindən gələn pisliyi belə eləməlisən”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Zirə”nin kapitanı Kamal Bayramov kubok yarımfinalının “Zirə” – “Sumqayıt” (3:3) matçı haqqında danışarkən deyib. Futbolçu finala adlaya bilməməklərinin səbəbini matçın əvvəlindən hücumameyilli oynamaqlarında gördüyünü bildirib:
“Danışmağa söz tapmıram. Bu hər şeyin bitdiyi andır. Birinci hissədə bir az səbrsizlik etdik. Vaxtından əvvəl müdafiədə boşluqlar yaratdıq. Sona kimi də bunun cəzasını çəkdik. Başlayandan rəqibi yorsaydıq, sonra ikinci hissədəki kimi oynasaydıq, başqa cür olardı. Məğlubiyyət qaçılmazdır, amma bununla həyat qurtarmır. Sual versələr, Azərbaycanın 99%-i deyərdi ki, “Zirə” finaldadır. Amma bu futboldur, hər şey ola bilər. İndi bunlar haqqında danışmaq boş şeydir”. Dördpendirli pizza
Qapıçı çempionatdakı əziyyətlərindən də söz açıb:
“Kuboku da uduzduq, çempionatda da şanslarımızı itirmişik. Bu il bizim üçün, Avroliqa, titullar hamsı sona yetdi. Qorxu nöqtəmiz ancaq çempionatda qalmaqdır. Sona 2 tur qalıb, bizə ən azı 1 qələbə lazımdır. Ona görə də tam ciddi olaraq “Keşlə” ilə oyuna hazırlaşacağıq”.
Naibə Məmmədova
Telegram kanalımız