UEFA Avropa Liqasının finalı ilə bağlı nazirdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

UEFA Avropa Liqasının finalı ilə bağlı nazirdən açıqlama

İdman

06 May 2019 08:14 1034


UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.

"Yeni Sabah"ın məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov qeyd edib ki, Bakıda otellərdə 17 mindən artıq otaq var: "Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər, bu onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər". Toyuqlu pizza

Gənclər və İdman naziri daha sonra əlavə edib: “Təcrübə göstərir ki, Bakıda son illər çox sayda mənzillər də qonaqlara kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yarışına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər bu mənzillərdən istifadə edəcəklər”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!