UEFA-dan “Qarabağ“a 7.3 milyon manat

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan “Qarabağ“a 7.3 milyon manat

İdman

16 Sentyabr 2019 16:55 1325


"Qarabağ”ın 2019/20 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb. 

"Yeni Sabah" xəbər verir ki, 2.750.000 avro (5.176.875 manat) avro vəsait AFFA-nın vasitəsilə kluba təqdim olunub. Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, "Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1.142.880 avro (2.151.471 manat) vəsait də "Qarabağ”ın hesabına köçürülüb. Dominos pizza

Beləliklə, UEFA "Qarabağ"ın hesabına ümumilikdə 3.892.880 avro (7.328.346 manat) köçürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!