UEFA-dan Mxitaryanın Bakıya gətirilməməsinə münasibət

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan Mxitaryanın Bakıya gətirilməməsinə münasibət

İdman

21 May 2019 15:23 1037


UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

"Yeni Sabah" "Evening Standard"a istinadən xəbər verir ki, qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçüm London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: "UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. "Arsenal" UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq".  pizza sifarişi

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!