UEFA “Qarabağ“ı cəzalandırır –   İntizam işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ“ı cəzalandırır – İntizam işi açıldı

İdman

24 Sentyabr 2019 10:31 1284


UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb. 

“Yeni Sabah” xəbər verir ki, Avropa futbol qurumunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.  pizza sifarişi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq. 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!