UEFA reytinqində Azərbaycan 2 pillə irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

UEFA reytinqində Azərbaycan 2 pillə irəlilədi

İdman

29 Avqust 2025 09:25 383


Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Yenisabah.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub. 

"Köhlən atlar" pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş"la iki oyunun nəticəsinə (3:1, 2:3) görə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlməklə ölkənin əmsalını 21.000-ə çatdırıb. Bu da Azərbaycanın 26-cı pilləyə yüksəlməsinə səbəb olub. Sezar pizza

25-ci pillədə Slovakiya (21.375), 27-ci yerdə isə Sloveniya (20.718) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (95.005) başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!