"Növbəti 5 il üzrə proqnozlarım: Ukrayna ya bir neçə dövlət arasında tam bölüşdürüləcək, ya da dənizdən təcrid olunmuş kiçik bir ərazidə mövcud olacaq. NATO ləğv olacaq, əvəzində Avropanın bir neçə dövlətindən ibarət 2-3 hərbi ittifaq yarana bilər".
"Yeni Sabah" xəbər verir ki, bunu politoloq Asif Şəfqətov bildirib.
Asif Şəfqətovun proqnozuna əsasən, Avropa İttifaqı parçalanacaq: Dördpendirli pizza
"Avropada sərhəd müharibələri başlayacaq. Britaniyadan Şotlandiya və Ş.İrlandiya ayrılacaq. ABŞ Kanada və Qrenlandiyanı ilhaq edəcək. Çin Tayvanı dinc yolla özünə birləşdirəcək.İsrail ya ləğv olacaq, ya da əhalisinin yarısını itirəcək".
O bildirib ki, proqnozlar indi fantastik görünsə də, baş vermə ehtimalı yüksəkdir: "Bu proqnozlar indi fantastik görünür, lakin ilk 3 hadisə baş verərsə, digərləri "domino" effektinin nəticəsi olacaq. İlk 3 hadisənin baş vermə ehtimalı isə çox yüksəkdir. NATO hətta daha tez ləğv ola bilər"
Telegram kanalımız