Ukrayna çörək zavoduna  raket atdı - 28 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna çörək zavoduna  raket atdı - 28 nəfər öldü

Dünya

04 Fevral 2024 12:09 668


Ukraynanın Luqansk vilayətinin işğal altındakı Lisiçansk şəhərində raket zərbəsi nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb. 

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qondarma vilayət rəhbəri açıqlayıb. 

Xatırladaq ki, ötən gün işğal altındakı Luqansk vilayətinin qondarma rəhbərliyi nəzarəti altındakı Lisiçanskda çörək zavoduna zərbə endirildiyini açıqlayıb. İşğalçı qüvvələr Ukraynanı ittiham edərək rəsmi Kiyevin HIMARS-dan istifadə etdiyini iddia edib.  pizza hut

Ukrayna ittihamlara cavab verməyib. 

Qeyd edək ki, 2022-ci il iyulun 3-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Lisiçansk şəhərini zəb etdiyini açıqlayıb. Şəhər uğrunda davam etmiş döyüşlər ərzində yaşayış məntəqəsi qismən dağılıb. Savaşdan öncə 100 mindən çox əhalisi olan şəhərdə, Rusiya rəsmilərinin məlumatına görə, cəmi 40 minə yaxın insan qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!