Ukrayna Gürcüstana nota göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Gürcüstana nota göndərdi

Dünya

09 Noyabr 2021 00:42 1294


Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixeil Saakaşvilinin Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Sənəddə bildirilib ki, Ukrayna tərəfi bu barədə məlumatlandırılmayıb. Toyuqlu pizza

Ukrayna tərəfi Gürcüstan hakimiyyətini M.Saakaşvilini mülki xəstəxanaya yerləşdirməyə çağırıb.

“Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin penitensiar tibbi müəssisədə qalması əlavə risklər və gərginlik yaradır. Humanitar düşüncəni rəhbər tutaraq bunlara yol verməmək olar. XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Mixeil Saakaşvilinin ətrafındakı vəziyyəti xüsusi nəzarətdə saxlamaqda davam edir”, - XİN-nin bəyanatında deyilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!