Ukrayna ordusu Rusiyanın daha bir gəmisini vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Rusiyanın daha bir gəmisini vurdu

Dünya

06 May 2022 16:04 250


Rusiya ilə Ukrayna arasındakı müharibə həm də dənizdə şiddətli qarşıdurmalarla davam edir.

Yenisabah.az xəbər verir ki, Ukrayna "Moskva" kreyserindən sonra Rusiyanın daha bir gəmisini hədəf aldığını açıqlayıb.

Ukrayna tərəfinin yaydığı məlumata görə, Qara dənizdə Rusiyanın “Admiral Makarov” gəmisi vurulub. Marqarita pizza

Ukraynalı deputat Oleksiy Qonçarenko Telegram səhifəsində “Admiral Makarov”un “Neptun” gəmi əleyhinə raketlə vurulduğunu bildirib.

Rusiya rəsmiləri hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, 510 nəfərlik ekipajı olmuş "Moskva" krayseri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı idi. O İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisidir. ABŞ gəminin aprelin 14-də "Neptun" raketləri ilə vurulduqdan sonra batdığını açıqlayıb. Rusiya isə bu iddiaları indiyədək təsdiqləməyib.

Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı.Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!