Ukrayna ordusunun baş komandanı istefaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusunun baş komandanı istefaya göndərildi

Dünya

08 Fevral 2024 20:58 670


Fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov məlumat verib.

O, Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnının istefasını təsdiqləyib. pizza mizza

Umerov qeyd edib ki, müharibə dəyişir və dəyişikliklər tələb edir.

“2022, 2023 və 2024-cü illərin döyüşləri üç fərqli reallıqdır. 2024-cü il hazırlaşmalı olduğumuz yeni dəyişikliklər gətirəcək. Bizə yeni yanaşmalar, yeni strategiyalar lazımdır”, - deyə nazir qeyd edib.

Umerov Zalujnıya əldə etdiyi nailiyyətlərə və qələbələrə görə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!