Ukraynada "xüsusi hərbi əməliyyat" başlayandan bəri Rusiya qoşunları 156 təyyarə, 116 helikopter və 765 pilotsuz uçan aparatı məhv edib.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 156 təyyarə, 116 helikopter, 765 PUA, 297 zenit-raket kompleksi, 2927 tank və digər zirehli döyüş texnikası, 335 reaktiv yaylım atəşi sistemi, 1393 səhra artilleriya və minaatan silah, o cümlədən 2746 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, - deyə Konaşenkov qeyd edib. Toyuqlu pizza
Telegram kanalımız