Ukrayna polisi güllələnən azərbaycanlılarla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna polisi güllələnən azərbaycanlılarla bağlı məlumat yaydı

Hadisə

25 İyul 2020 17:32 1521


Ukraynanın paytaxtı Kiyevdə açılan atəş nəticəsində 2 xarici tələbə yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna polisi rəsmi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla gecə saat 02.30-da Kiyevdə iki xarici tələbəyə naməlum şəxs tərəfindən atəş açılıb və atəş nəticəsində 20 yaşlı iki tələbə ayaq hissələrindən yaralanıb. Yaralılardan biri təcili tibbi yardımla xəstəxanaya çatdırılıb, digəri isə xəstəxanaya getməkdən imtina edib. pizza mizza

Hər iki yaralama faktı ilə bağlı cinayət işi başladılıb.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açıqlamasında yaralanan tələblərin azərbaycanlılar olduğunu bildirib. /Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!