Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açıldı

Dünya

28 Noyabr 2021 22:55 897


Noyabrın 26-da Ukraynada mətbuat konfransı zamanı prezident Volodimir Zelenski ilə sərt tonda mübahisə edən “senzor.net” saytının baş redaktoru Yuriy Butusov barəsində cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, cinayət işini Ukrayna Dövlət İstintaq Bürosu (DİB) qaldırıb.

Buna səbəb jurnalistin ötən gün - Qolodomor faciəsinin ildönümü günü sosial şəbəkə hesabında paylaşım etdiyi video olub. pizza

Jurnalistin paylaşdığı videoda bir müddət əvvəl hərbi məşğələlər zamanı 152 mm-lik D-20 tipli top-haubitsadan “İşğalçılara atəş!” şüarı ilə atəş açması əks olunub.

Cinayət işi ilə bağlı bildirilib ki, jurnalistin sosial şəbəkədə paylaşdığı bu cür materialların dərci Ukrayna dövlətinin informasiya təhlükəsizliyinə xələl gətirir və təcavüzkar dövlətin nümayəndələrinə Ukraynaya təzyiqləri artırmağa imkan verir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!