Ukrayna sərhəddə əməliyyat keçirir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna sərhəddə əməliyyat keçirir

Dünya

24 Noyabr 2021 16:15 789


Ukraynanın güc strukturları Belarusla sərhəddə xüsusi əməliyyata başlayıb.

Yenisabah.az xəbər verir ki, sözügedən əməliyyata sərhədçilər ilə yanaşı, milli polis və qvardiya əməkdaşları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri cəlb olunub. 

Bundan əlavə, sərhəddə hava qüvvələri və pilotsuz uçuş aparatları tərəfindən patrul fəaliyyətləri də həyata keçiriləcək. Sezar pizza

Bu qərar Ukrayna rəhbərliyi tərəfindən ölkə sərhədinin qorunması və miqrasiya böhranının qarşısının alınması çərçivəsində qəbul edilib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərinin birinci müavini Vladimir Nikiforenkonun sözlərinə görə, miqrant axınının Ukraynaya yönləndirilməsi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!