Ukrayna taxılı Rumıniya limanları ilə daşınır

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna taxılı Rumıniya limanları ilə daşınır

Dünya

05 May 2022 15:08 231


Rusiyanın dəniz limanlarını blokadaya alması Ukraynanı alternativlər axtarmağa vadar edib.

Yenisabah.az "Yahoo News"a istinadla xəbər verir ki, indi bu ölkənin taxılı Rumıniya limanına daşınmaq üçün cənub-qərbdəki kiçik Dunay limanlarında - Reni və İzmaildə qatarlara, yük maşınlarına və ya barjlara yüklənir.

Rusiyanın Ukraynaya təcavüzü Rumıniyanın Konstantanı limanını Ukrayna məhsulları üçün mühüm dəniz ixrac mərkəzinə çevirib. pizza

Müharibədən əvvəl Ukrayna öz limanları vasitəsilə ayda 4,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edirdi: dünya buğdasının 12 faizi, qarğıdalının 15 faizi və günəbaxan yağının 50 faizi.

"Biz aclıq riskinin qarşısını almaq üçün onun gecikmədən istehlakçıların süfrələrinə çatmasına əmin olmalıyıq, - bunu Konstantakı ixraxatçı Viorel Panait deyib. - Ümid edirik ki, sürəti artıracağıq, çünki Ukraynanın üzləşdiyi acınacaqlı vəziyyəti nəzərə alaraq, biz onlara bacardığımız qədər kömək etməliyik".

Qonşu Bolqarıstan bu həftə Qara dənizdəki Varna limanından Ukrayna taxılının ixracına kömək etməyə hazır olduğunu bildirib və infrastrukturunu təkmilləşdirməyə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!