Ukrayna türk “Bayraktar“ını ilk dəfə döyüşdə sınadı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna türk “Bayraktar“ını ilk dəfə döyüşdə sınadı

Dünya

27 Oktyabr 2021 13:24 704


Ukrayna Donbasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahın mətbuat mərkəzi öz “Facebook” səhifəsində məlumat yayıb.

Ukrayna qüvvələri Donetskdə neft anbarına PUA-dan istifadə edərək hücum həyata keçirib. pizza

Bundan əlavə, dünən "Bayraktar" PUA-ları ilə separatçıların mövqeyinə zərbə endirilib.

“Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat-zərbə döyüş əməliyyatını həyata keçirib”, deyə məlumatda bildirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!