Ukrayna və Rusiya atəşkəslə bağlı razılığa gəldilər

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna və Rusiya atəşkəslə bağlı razılığa gəldilər

Dünya

05 May 2022 00:22 594


Ukrayna və Rusiya Azovstal ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk "RBC-Ukraina"ya deyib.

Onun sözlərinə görə, Mariupolun müdafiəçiləri bu vaxtdan mülki əhalini və ərazini təxliyəyə hazırlamaq üçün istifadə edəcək. Sezar pizza

Nazirin sözlərinə görə, Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını verib, lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.

Vereşukun qeyd etdiyi kimi, təxliyə yalnız davamlı atəşkəs nəticəsində mümkündür və bununla əlaqədar o, razılaşmaların nəticə verəcəyinə ümid edir.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!