Ukraynada 2 azərbaycanlı faciəli şəkildə həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 2 azərbaycanlı faciəli şəkildə həlak oldu

Hadisə

10 Fevral 2023 12:20 656


Ukraynanın Donetsk vilayətinin Kleşiyevka qəsəbəsində 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, əslən Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb.

Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar. Dominos pizza

Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində meyitxanadadır.

Onların hər ikisi ailəli olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!