Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod tikilir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod tikilir

Dünya

07 Fevral 2024 09:35 416


Türkiyənin "Baykar" şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başlayıb.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, şirkət TV2 və ya TV3 modelinin "Bayraktar" dronlarını istehsal edəcək.

Bunu şirkətin rəhbəri Haluk Baykar Səudiyyə Ərəbistanında keçirilən silah sərgisi zamanı deyib. pizza hut

Onun sözlərinə görə, zavod Kiyev yaxınlığında tikilir.

“Zavodumuz tikilir. Tikintini başa çatdırmaq üçün bizə təxminən 12 ay lazımdır, sonra daxili armatur, avadanlıq və təşkilati struktura keçəcəyik. Ukraynada zavod böyükdür, biz 500-ə yaxın adamı işə götürməyi planlaşdırırıq”.

Haluk Bayraktar yeni zavodun ildə təxminən 120 ədəd TB2 və ya TB3 cihazı istehsal edə biləcəyini vurğulayıb. Bu planlar tam sürətlə davam edir və heç nə onları dayandıra bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!