Vladimir Putin Ukrayna ilə müharibə başlayandan bəri ilk dəfə qərbli jurnalistə müsahibə verib.
Yenisabah.az xəbər verir ki, “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsonla söhbət zamanı Rusiya prezidenti Ukraynada davam edən müharibədə Rusiyaya qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib:
"İndiyədək döyüş meydanında Rusiyaya strateji məğlubiyyəti ilə bağlı hay-küy, qıy-qışqırıq eşidilirdi. Amma indi, deyəsən, başa düşməyə başlayıblar ki, buna nail olmaq qeyri-mümkündür”. Pepperoni pizza
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı başlayan müharibədə haqlı olduğunu "tarixi əsaslar"la uzun-uzadı izah edib və Vaşinqton administrasiyasının ünvanına deyib: “Əgər həqiqətən müharibəni dayandırmaq istəyirsənsə, silah tədarükünü dayandırmalısız”.
O, Polşaya hücum edib-etməyəcəyi ilə bağlı suala da cavab verib:
“Moskvanın regiondakı digər NATO-ya üzv ölkələri (Polşa və Latviya) və ya ümumən Avropa qitəsini işğal etmək niyyətindən söhbət gedə bilməz”.
Telegram kanalımız