Ukraynada həlak olan azərbaycanlının anası xəbəri eşitdikdən sonra vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada həlak olan azərbaycanlının anası xəbəri eşitdikdən sonra vəfat etdi

Hadisə

07 Mart 2022 18:40 703


Martın 4-də Ukraynanın Xarkov şəhərində mərmi partlaması nəticəsində azərbaycanlı ailə, Emin Mahmudov və həyat yoldaşı Lyudmila Mahmudova həlak olub.

Yenisabah.az xəbər verir ki, faciədən xəbər tutan mərhum Emin Mahmudovun anası Gülçöhrə Mahmudovanın halı pisləşib və bir neçə saat sonra dünyasını dəyişib.

Xatırladaq ki, Xarkov şəhərinin yaxınlığında yerləşən Çerkaskiye Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Lənkəran rayonu Boladi kəndindən olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası həlak olublar. Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır. Toyuqlu pizza

Qeyd edək ki, Emin Mahmudovun Xarkovda “Ləvəngi” adlı restoranı olub.Metbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!