Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng etdi

Hadisə

26 Mart 2022 15:11 558


Ukraynada Rusiya hərbçilərinin girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib.

Yenisabah.az xəbər verir ki, əslən Neftçala rayonundan olan Hüseyn Abdullayevin valideynləri onun azad olunması üçün rəsmi qurumlara müraciət ediblər.

Tələbənin atası Amin Abdullayevin verdiyi məlumata görə, dünən axşam saatlarında oğlu ilə əlaqə saxlaya bilib. Oğlunu saxlayan adamlar bildiriblər ki, Hüseynlə normal davranırlar, amma yerini deyə bilməzlər: “Hüseyn özü də bizlə (valideynləri ilə - red.) danışıb, yaxşı olduğunu bildirdi”. Pepperoni pizza

Qeyd edək ki, H.Abdullayev Mariupol Universitetinin üçüncü kurs tələbəsidir. Sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomobildə olan şəxslərlə birgə rus hərbçiləri tərəfindən girov götürülüb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!