Ukraynalı qadın Azərbaycanda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı qadın Azərbaycanda saxlanıldı

Kriminal

21 İyul 2019 15:45 1718


Uşaq alverində şübhəli bilinən Ukrayna vətəndaşı Yuliya Suslyak, hansını ki, Tbilisi şəhər məhkəməsi 19 iyulda azadlığa buraxmışdı, Azərbaycanda saxlanılıb.

“Yeni Sabah” Virtualaz.org-a istinadən bildirir ki, bunu Gürcüstanın "Rustavi 2” televiziyasına müsahibəsində Suslyakın vəkili Zurab Todua bu gün səhər deyib.

"Təxminən iki-üç dəqiqə əvvəl, biz mətbuatda həyəcan təbili çaldıqdan sonra, Suslyak mənimlə əlaqə saxladı və Azərbaycanda olduğunu söylədi. O deyir ki, onu güc tətbiq etməklə, heç bir hüquqi əsas olmadan Azərbaycanda saxlayıblar və Gürcüstanın ərazisinə keçməyə icazə vermirlər",-deyə TASS vəkilin sözlərini sitat gətirib. pizza mizza

Toduanın sözlərinə görə, qadını təkrarən o, qatarla Bakıdan Tbilisiyə qayıdarkən həbs ediblər.

Xatırladaq ki, gürcü polisi Suslyakı ilk dəfə aprelin əvvəlində Ukraynadan Rusiya vasitəsilə Gürcüstana gələrkən saxlamışdı. Aprelin 9-da qadın Moskvadan Tbilisiyə 10 uşaqla gəlmişdi və Abxaziyaya getməyi planlaşdırırdı. Y.Suslyak uşaqları intoksikasiya əlamətləri ilə Zuqdidi şəhər xəstəxanasına aparmaq istədiyini bildirirdi. O, sərhədi keçərkən uşaqların hamısının onun özünün olduğunu bəyan etmişdi. Amma sənədlərdə dörd uşağın 2017-ci, üçünün isə 2018-ci ildə anadan olmaları hüquq-mühafizə orqanlarında şübhə yaratmışdı. Polislərdə belə bir fikir yaranmışdı ki, Suslyak Gürcüstana, uşaqları qanunsuz olaraq Abxaziyaya keçirib satmaq üçün, gəlib.

Lakin iyun ayında ekspertiza sübut etdi ki, Suslyak və onun həyat yoldaşı həqiqətən həmin uşaqların bioloji valideynləridirlər. Elə o vaxt Gürcüstanın Baş Prokurorluğu Daxili İşlər Nazirliyi ilə birlikdə Suslyakın uşaqlarının Ukraynaya verilməsi barədə köçürməyə qərar qəbul etmişdi.

...Bir az əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddə ukraynalı qadının saxlanılması barədə məlumat yayıb. Məlumatda deyilir ki, Gürcüstan sərhədçiləri, müvafiq qanunlara əsasən, kifayət qədər pul və səyahət sığortası olmaması səbəbi ilə 36 yaşlı ukraynalı Yuliya Suslyakın Azərbaycan ərazisindən ölkəyə girişinə icazə verməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!